Kriminal

Bakıda məktəbli oğlan azyaşlını hədələyib evi qarət etdi

24 May 2019 10:59
0 Şərh     Baxış: 1 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda orta məktəb şagirdi quldurluq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində baş verib.

Həmin qəsəbədə yaşayan 2003-cü il təvəllüdlü Mustafazadə Yaqub Qaraş oğlu tanışı, məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə yaşayan 2005-ci il təvəllüdlü Heydərli Amin Səxavət oğlunu bıçaqla öldürməklə hədələyib. Bundan sonra M.Yaqub H.Aminin yaşadığı evə gəlib.

Mustafazadə Yaqub mənzilə daxil olaraq seyfdən 3690 manatı götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.