Kriminal

Ağstafada dörd 15 yaşlı qız hamilə qalıb? - DİN-dən açıqlama - YENİLƏNİB

24 May 2019 16:07
51 Şərh     Baxış: 12 934

16:07

Ağstafa rayonunda 15 yaşlı dörd yeniyetmənin bir gündə hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirildiyinə dair xəbər yayılıb.

Məlumata görə, mayın 23-də rayon sakinləri olan dörd hamilə qız Ağstafa Rayon Mərkəzi Xəstəxanasına daxil olub. İddiaya görə, onların heç birinin hələ 18 yaşı tamam olmayıb.

Milli.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə oxu.az-a məsələ ilə bağlı açıqlama verib. 

Bildirib ki, hadisənin mahiyyəti təhrif olunub:

"Xəstəxanaya müraciət edən dörd hamilənin hər biri gənc xanımdır və daha çox yaşları var. Onların hər biri rəsmi nikah qurmuş şəxslərdir. Onlar hamiləlik dövrü keçirdikləri üçün rayon xəstəxanasına müraciət ediblər".

DİN rəsmisi qeyd edib ki, bu məsələni yayanlar dəqiq məlumatı müvafiq dövlət qurumlarından, hüquq-mühafizə araşdırıb məsələnin mahiyyətini öyrənməyə çalışsaydılar, belə xoşagəlməz hal yaranmazdı:

"Bəziləri bunu təxtribat xarakterli dezinformasiya formasında təqdim edirlər ki, bu yolverilməzdir. Söhbət, qeyd edildiyi kimi, heç də 14-15 yaşlı qızların deyil, hazırda ailə həyatı qurmuş, hamiləlik dövrü keçirən qadınların rayon xəstəxanasına müraciətindən gedə bilər. Qalan digər məsələlər əsassızdır və təxribat xarakterli dezinformasiyalardır".

----------
11:34

Ağstafa rayonunda şok hadisə yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 24-də bir gün ərzində rayon sakinləri olan 4 qız Ağstafa Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 15 yaşlarında olan qızların hər birinin hamilə olduğu müəyyən edilib. 

Hazırda qızlar xəstəxanada həkim nəzarəti altında saxlanılır, rayon polis və prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

51 Şərh:

  • Anonim
    Sevda.R · 24 May 12:5558

    Aaa bunların yiyəsi hanı bəs?

    Cavab yaz
  • Anonim
    Əsranur · 24 May 13:091317

    Uşaqlara din dərsinin keçirilməsindənsə,arzuolunmaz hamiləlikdən qorunma,başlarına gələ biləcəklərdən,tərbiyə dərsləri küçirilsin.Yaponiynın hansısa ucqar yerində dəmiryolu xəttini 1 məktəbli qıza görə ləğv etmədilər ki,uşaq dərsdən qalmasın.Millətinin nümayəndəsini düşünüb qiymət vermək budur.Bu qızların valideynləri harda ölüblər ki,bu yaşda uşaqlar hamilədir?Bunların evində heçmi uşağa tərbiyə verilmir,maraqlanmırlar bunlarla?Bir qızın üzü nə qədər silinmiş olmalıdır ki,bu yaşda o boyda risk etsin?O zonanın hanı qeyrətli kişiləri,qeybətcil arvadları,sözbazları ki,bu uşaqlar başlı başına qalıblar,sərhəd tanımırlar?Aaaa..

    Cavab yaz
    • Anonim
      aysu · 24 May 13:2454

      Agstafa rayonu.heç böyük şəhərdə belə şeylər olmur.binamusçuluqdu vallah

      Cavab yaz
    • Anonim
      Sade Vetendas · 24 May 13:351512

      Olmaz ki usaqlara hem din dersi hem de dediyiniz melumatlar verilsin? Dediyiniz bilgilerin verilmesi ucun hansisa basqa bir ders maneecilik toredir? Riyaziyyat, fizika qeder din dersi de onemlidi.

      Cavab yaz
      • Anonim
        Əsranur · 24 May 13:44159

        O çətin olacaq.Nəzərə alsaq ki,dində təriqətlər də önəmlidir çoxy üçün(sünnü-şiə),o necə olacaq çox maraqlıdır.Hansı keçiriləcək?Və ümumiyyətlə,nə keçiriləcək?Bəyəm uşaqları dindar böyütmək çoxmu vacibdir?Bacarırlarsa,dindəki gözəl məlumatlardan öyrətsinlər.Böyüyə-kiçiyə hörmətdən,valideynə sevgidən,vicdandan məlumatlandırsınlar.Zəhra,Fatiməyə ağlamaq öyrədəcəklərsə oğlan uşaqlarına,qızları şallaqla qorxudacaqlarsa,başlarına dəysin.

        Cavab yaz
        • Anonim
          Sade Vetendas · 24 May 13:5999

          Sizi qinamiram. Din ile bagli bilgileriniz mehdud oldugu ucun bele dusunursunuz. Ister sunni ister sie olsun, din deyende sallaq ve ya aglamaq nezerde tutmurlar. Din dersinde, Islamin tarixi, Peygemberin heyati ve s. kecirilir. Bu movzularda ise sallaq filan oyredilmir. Siz cahil adamlarin "yasadigi" dinle heqiqi dini qarisdirirsiniz. Onemli olan meseleler ortaq meselelerdi. O sadaladiginiz insani keyfiyyetler de ele dinin emr elediyi keyfiyyetlerdi.

          Cavab yaz
          • Anonim
            Əsranur · 24 May 14:1473

            Siz inanırsınız ki,din dərsi keçirilsə,sağlam gənclər yetişəcək?

            Cavab yaz
            • Anonim
              Sade Vetendas · 24 May 14:2457

              Men umumiyyetle dini terbiyenin ailede verilmeyinin terefdariyam. Teessufler olsun ki, ortalama olaraq ailelerde dini bilgi yoxdu ve ya yanlisdi. Ona gore, hec olmazsa mekteblerde kecilmesini isteyerem. Bu o demek deyil ki illa da saglam genc yetisecek. Toxumu torpaqa sepersen suyunu verersen, eger toxum curukdurse xeyri yoxdu, eger saglam toxumdusa onda basqa. Meger fizika dersini gorende usaqlar fizik olaraq yetisir? Eyni suali men size verim. Hamilelikden qorunma usullarini oyretmekle saglam genc yetisecek? Toxum curuk olandan sonra ne faydasi var.

            • Anonim
              Əsranur · 24 May 14:3082

              Hamiləlikdən qorunmanı öyrənəndə,heç olmazsa,özləri kimi dibillər artmayacaq.Onsuz da elə bir çaya düşüb,axınla gedirik ki,mənim artıq heç bir yaxşı şeyə inanım yoxdur.

        • Anonim
          Sade Vetendas · 24 May 14:1277

          Esranur xanim, bir de qeyd elemisiz ki 'Beyem usaqlari dindar boyutmek coxmu vacibdir"?. Size gore onemli olmaya biler. Size gore ola biler ki, insan ata anasina hormet elesin, amma Allahi tanimasa da, ona ibadet etmese de olar. Mene gore, eger insan ata anasina hormet edib Allaha hormet etmirse, ona ibadet etmirse, bu boyuk problemdi. Insan onu yaradana ibadet etmek ucun yaradilib. Elave olaraq, din dersi gormekle usaqlar dindar olmayacaq. Beyem riyaziyyat ve ya beden terbiyesi dersi goren alim ve ya idmanci olur?

          Cavab yaz
          • Anonim
            Əsranur · 24 May 15:0140

            Sizə cavabım Asiyə getmiş oldu:)

            Cavab yaz
            • Anonim
              Fm · 24 May 16:5056

              Sizin dediyniz kimi olsa yeni qorunma dersi keçilsə qızlar her istediyni tutacaq sadece hamilə qalmayacaq ancaq din dersi keçilsə yəni əsl müsəlman dini müqəddəs kitabımız ne yazıb ne emr edib o keçilsə inanın qızlarımız çox tərbiyəli və böyüyünə hörmət edən valideyninə sevgi bəsləyən olacaq yenı deyirəm Allahın buyurdugu bizə bəxş etdiyi gözəl dinimiz İslam olan din dersi keçilsə yoxsa sizin kimilərin düşündüyü müsəlmançılıx anlayışı olan yox

            • Anonim
              esranura · 24 May 22:4140

              bizde din dersi kecirilmiyecek onsuzda.sadece butun dinler haqda umumi melumat olacaq.

            • Anonim
              fm-e · 25 May 22:5400

              niye ancaq qizlari deyirsiz? bes oglanlar? oglanlar dinden uzaq avara kimi exlaqsiz kimi boyumelidi?

    • Anonim
      əsraya · 24 May 14:1060

      Orda nə baş verdiyini hələlik heç kəs bilmir. Tələsməyək məncə

      Cavab yaz
      • Anonim
        Əsranur · 24 May 14:5200

        Bildiyimiz məgər azmıdır?Yeni,təəccüblü nə ola bilər ki?

        Cavab yaz
        • Anonim
          Əsraya · 24 May 16:5740

          Əgər yazılanlar doğrudursa, yəni eyni vaxta 4 azyaşlı məlum problemlə xəstəxanaya yerləşdirilibsə... Burda qızları qınamağa tələsməyək deyirəm.

          Cavab yaz
    • Anonim
      Sade Vetendas · 24 May 14:5477

      Esmanur xanim, dusunursunuz ki belke ise yarayar. Basa dusurem, bu qabaqlayici tedbir kimi gorunse de, teessufler olsun hec bir faydasi olmayacaq. Men xaricde yasayiram, ve burda mekteblerde dediyiniz telimler verilir amma ne faydasi. Az yasli "Single Mom" dedikleri qadinlar az deyil. Son olaraq, menim sizin serhinize cavab yazmagim ona gore idi ki, din dersinin bele hallarin coxalmagina hec bir aidiyyeti yoxdur, ola bilsin ki belke bezileri din derslerinde Allah, peygember sevgisi qazanib saglam genc olaraq yetiser ve ya oz axmaq emellerinden vaz kecer. Inaniram ki yazdiqlarimda hecbir kobud ifade isletmemisem. Tesekkur edirem

      Cavab yaz
      • Anonim
        Əsranur · 24 May 15:1842

        Əsla kobud ifadə oxumadım.Əksinə,single momu verəcəyəm axtarışa,görüm o nədir elə?Bəlkə də fikrimi tam çatdıra bilmirəm.Baxın,ərəblər,iranlılar,elə türklərin özləri dinə daha çox meyllidirlər sanki.Orda bizdəki biyabırçılıqlar lap baş alıb gedir.Bəlkə,mən ətrafımdakı dindarlardan çiyrinmişəm deyə,düz fikirləşmirəm-bilmirəm.Düşünürəm ki,dində çox dərinə gedənlərin psixikasında problem yaranır.Siğəni də qəbul edirlər,çoxarvadlılığı da dəstəkləyirlər,qadın itaət eyməlidir deyirlər,insan Allahın quludur da deyirlər.Mənə görə bu anormallıqdır.Mən də sözlərimlə ümidvaram ki,sizi incitməmişəm.

        Cavab yaz
        • Anonim
          Sade Vetendas · 24 May 15:3645

          Single Mom haqqinda qisa olaraq: qeyri resmi qadinla kisinin usagi olur, ve sonra kisi usaga sahib cixmir, ve usagi ana tek boyutmeli olur. Esmanur xanim, "muselman" olaraq bilinen olkelerde muselmanlarin ele yasamasinin ele esl sebebi heqiqi momin olmamaqlaridi. Insanlar dinden ozune lazim olan, serf edecek sekilde istifade edir. Tam semimi.olaraq deyirem, Allahin Quranda zikr elediyi, teriflediyi mominler bele etmemelidirler. O sizi dinden iyrendiren hallarin yaxindan uzaqdan dinle elaqesi yoxdu. Men her gun en azi bir saatimi dinime ayiriram, dinimi oyrenmeye calisiram, daha da derine gedirem, ve emin olun sadece olaraq menevi rahatliq tapiram. Sizi cox seven Allahi daha yaxindan tanimaq, onun emrlerini qebul etmek sadece xosbextlik verir. Beli insan Allahin quludu, amma burda qul kelimesi bizim quldarliq ve ya esirlikde olan insan anlamina gelmir.Her bir insanin oz atasi var, amma butun insanlarin ortaq olaraq tek bir Sahibi var. Sizdeki dinle bagli yanlis fikri goturmek ucun uzun yazdim

          Cavab yaz
      • Anonim
        Əsranur · 24 May 15:2880

        Bir gün Peyğəmbər yolda gedəndə bir mollaya rast gəlir.Molla hara getdiyini soruşanda-Peyğəmbər Allahın yanına getdiyini deyir.Molla xahiş edir ki,onun öləndən sonra hara düşəcəyini də öyrənsin.Bir az sonra Peyğəmbər yolda sərxoş,avaraya rast gəlir.Onunla söhbətdən sonra sərxoş da molla kimi xahiş edir ki,-Bilirəm,axmaq adam olmuşam,cəhənnəmə düşəcəyəm,amma,sən soruş da...Peyğəmbər razılaşır,yoluna davam edir.Allahla söhbət əsnasında olanları ona danışır.Allah mollanın cəhənnəmə,avaranın cənnətə düşəcəyini deyir.Peyğəmbər məəttəl qalır soruşur ki,-Niyə?Mollanın ömrü möhürə baş qoymaqla keçib.Allah deyir ki,Molla məni tanımır.Gedəndə onların ikisinə də de ki,sualınızı verə bilmədim.Allah məşğul idi,bir iynənin gözündən 60 dəvə kecirirdi.Bunu Peyğəmbər mollaya deyəndə-"Yaxşı görüm,elə şey olmaz,"amma,avara isə-"Ona qurban olum,Allah istəsə min dəvə də keçirər"-deyir..Məncə,fikrimi anladınız.

        Cavab yaz
        • Anonim
          Sade Vetendas · 24 May 15:4610

          Ne demek istediyinizi anladim, eslinde daha onceki serhlerinizden belli idi.

          Cavab yaz
  • Anonim
    asi · 24 May 13:29107

    "Iran kimi əxlaqlı, tərbiyəli, didar molla ilə burun buruna dayanan bir yerdə belə iş ola bilməz... Günah türk seriallarındadı"...

    Cavab yaz
    • Anonim
      Əsranur · 24 May 14:43102

      Mənə görə, dindən məlumatlı olmaq bəsdir.Sırf dindarlığı dəstəkləmirəm.Mən millətimin gənclərini savadlı görməyi daha çox istəyirəm.Çünki,savadlı adam ucuzlaşmır.Ətrafımda olan dindarları çox görmüşəm.Özü başını bağlayırsa,mənim açıq saçıma bir şəbədə qoşur.Məndən çox qeybət edir,sözbazlıq edir.Evə sağ ayaqla gir,yatdın bir dua,durdun bir dua,çimdin bir dua...Eləsi varki,evinə gedirsən,görürsən televizorda hansısa kanaldır-orda ancaq kəpənəklər,yaşıllıq,səma göstərir veçni.Kişinin qızı zənn edir ki Cənnətdən pryamoy translyasiyadır.Daima mənə deyir ki,namaz qıl,o biri dünyaya ərizə qazan.Ay bala,bu dünya hələ boşdursa,o biri dünyaya spravka nəyimə lazımdır?Bizdə ya belə -qatı dindarlardan olarlar,ya sş-də lütdənən qızlardan.Çünki,bizlərdən çoxumuz normada edə bilmirik nəyisə.Mənim Allahı sevməyim üçün dərs keçməyə ehtiyacım yoxdur.Allah mənə görə hər yerdə,hər şeydə var.Və mənə bəxş etdiklərinə görə ona şükürlər olsun.Bir övlad ata-ana haqqı tanıyırsa,ona Allahı tanıtmaq lazım deyil.O Allah artıq onun ürə

      Cavab yaz
      • Anonim
        Sade Vetendas · 24 May 15:0757

        Esranur xanim, siz Islam dini ile muselmanlarin yasayisini bir tutmayin. Meger bir surucu masini pis sururse, qaydalara emel elemirse, bu masin istehsal eden firmanin gunahidi? O dediyiniz ornekler hamisi ifrat orneklerdi. Menim de etrafimda o cur dindar tanislarim az deyil. Onlar dini o cur yasamaq isteyirler. Muselman olan kes heyatini Qurana gore qurmalidi. Bele edib gozel yasayan dindar tanislarim coxdu cox sukur. Insanin ata anasini taniyib Allahi tanimamasi, yene de deyirem size gore problem deyil. Sizin valideynlerinizi yaradan, sizi yaradan, size valideynlerinizden de merhemetli olacaq Allahi tanimayib ona ibadet etmemek sadece saymamazliqdi. Ve en boyuk saymamazliq. Ata ana olub gedir, Allah ise ebedidir. Mentiqi olaraq da sadece fani olana deyil, esas Ebedi olana hormet gostermek lazimdi. Birde ki, savadli olan kes dindar ola bilmez? Allah sukur ozumu dindar olaraw bilirem, ve xaricde doktorantura da oxumusam. Dindar olmagin tehsilli savadli olmaga hec bir maneesi yoxdu.

        Cavab yaz
        • Anonim
          Əsranur · 24 May 15:2363

          Mən harda yazmışam ki,uşaq ata-ananı tanısın,Allahı tanımasın?Yazmışam axı,Allah o uşağın artıq ürəyindədir.Dini ayinlərə riayət etmək,heç də Allahı tanımaq deyil.Bəlkə,mən Allahı çox alnı möhürlülərdən yaxşı tanıyıram,qəbul edirəm.Sizə görə Allahı tanımaq namaz,hicab,orucdursa,mən onlarsız da Allahı danmıram.Bu mövzu haqqında ətraflı məlumat verməyə necə aludə olmusunuzsa,mənim yazılarımı diqqətlə oxumursunuz yəqin.

          Cavab yaz
          • Anonim
            Sade Vetendas · 24 May 15:4450

            Esmanur xanim, men dediklerinizi yaxsi oxuyuram. Siz yazmisiz ki "Bir övlad ata-ana haqqı tanıyırsa,ona Allahı tanıtmaq lazım deyil.O Allah artıq onun ürə" Sizin serhinizden bele anlasilir. Ve serhiniz de yarimciq cixdigi ucun gunahi mende yox, serhinizin uzun olaginda gorun, xahis edirem. Basa dusdum sizi, bir sey sorusum, siz Qurana inanirsiz?

            Cavab yaz
            • Anonim
              Əsranur · 24 May 15:5013

              Baxır o Quranı mənə kim,hatərəfdən tanıdıb,necə tərcümə edənə.

  • Anonim
    asi · 24 May 13:3572

    Şərhim qaçıb getdi...Yəni çoxu bu fikirdədir ki, milləti türk serialları pozur..Əsas da iran meyilli olanlar..Ağstafada olan bu hadisə mediyanın üzə çıxardığıdı..Üzə çıxmayan gör nələr var hələ..

    Cavab yaz
    • Anonim
      Əsranur · 24 May 13:4663

      Orda eşitdiyimə görə çoxarvadlılıq,qız uşaqlarının qeyri qanuni ərə verilməsi hallatı çoxdur.Nədən qaynaqlanır,bilmirəm.

      Cavab yaz
      • Anonim
        Alsu · 24 May 14:2926

        Indiki uwaqlara neden de ders kecse xeyri olmayacaq. Cunki bu telefonlar, internetler ki var bu yeni yetmeler bele olacaq. Muellim de anada bawa salsa bew on deqiqelikdir. Cunki telefon ordaki oglanlar yoldan cixarir gencler.

        Cavab yaz
        • Anonim
          Əsranur · 24 May 14:5151

          Bir uşağın internetdə pozulması üçün də boşluqda olması lazımdır.Millətimizin bütün qızları da o yaşda hamilə qalmır.Ətrafımdakı qızların da qızları var.Hamısı gül kimi uşaq böyüdürlər.Çünki,nəzatsiz qoymurlar,ailələrində ailə dəyərləri var.Qarşılarında dağ boyda ataları var.Uşağın çəkinəcəyi valideyni olmadısa,pozulması normaldır.Onlar uşaqdırlar,qanmırlar.Bəs böyüklər?Onlar böyüdüblər də bu uşaqları.Məsələn,mənim başıma heç vaxt gələ bilməzdi.Çünki,məndən də boyca kiçik olan anam,şlanqla belimi sındırardı.Məktəbə başı aşağı getməkdən,birinci mərtəbədəki əmək otağının bayıra açılan pəncərəsi neçə dəfə başıma dəymişdi.Deməkki,uşağının üstündə sevginlə bərabər zəhmin də olmalıdır.

          Cavab yaz
  • Anonim
    $$$Yeraz · 24 May 14:1801

    Wokdayam

    Cavab yaz
  • Anonim
    Esmanur Xanima-Sade Vetendas · 24 May 16:1342

    Esmanur xanim, en son Quranla bagli verdiyiniz cavaba ve serhlerinizi cavabimi yaziram: 1. Iddianiza gore bir insan ata-ana haqqi taniyirsa, ona Allahi tanitmaq lazim deyil ve Allah ozu qelbinde olar. Bu melumat size hardandi? Ata anasini seven atesit yoxdu? 2. Eger bir olkede yasiyirsansa, o olkenin qanunlarina tabe olmalisan. Eger Allahi taniyirsansa, Allahin emrlerini tanimalisan. Her kim olur olsun, hansi tercume olur olsun, hamisinda da Allahin namazi, orucu ve s. iman edenlere emr etdiyini gorersiz. Onda nece olur, Allahi taniyirsiz, Qurani taniyirsiz, amma Allahin emrlerini yox. Quranda "qelbin temiz olsun, qalani bos seydi" deye bir ayet oxumamisam. Insan ata-anasina itaet etmelidi, amma Allahin emrlerine yox? Allahin emrlerini itaet etmeden Onu nece sevmek olar? 3. Beli, sizinle raziyam. Her namaz qilan, oruc tutan, basini orten avtomatik olaraq exlaqli, terbiyeli, duzgun adam olmur. Eynile surucu meselesi kimi. Bir adam eger pis surucuduse, onda butun suruculer pisdi?

    Cavab yaz
    • Anonim
      Sade Vetendas · 24 May 16:1801

      Uzr istiyirem, Esranur xanim olmali idi.

      Cavab yaz
      • Anonim
        Əsranur · 24 May 16:2924

        Eybi yox,artıq Əsmanur kimi hiss edirdim özümü.

        Cavab yaz
    • Anonim
      Əsranur · 24 May 16:2825

      Bu mövzu mənim sevmədiyim,uzatmağa həvəsim olmadığı mövzudur.Mən heç kimin qeybətini etmirəm,evini yıxmıram,bacardığım qədər mənə ehtiyacı olanlara kömək əlimi uzadıram.Xəbərçilik etmirəm,əyri iş görmürəm,oğru-quldur böyütmürəm.Bu,mənə bəsdir.Siz o kitabı oxumaqla rahatlıq tapırsınızsa,sizin yerinizə sevinirəm.Amma,mən sizin etdiklərinizi etmirəm deyə,bu,sizin məndən bir insan kimi yüksək olduğunuzu bildirmir.Sizə həyatınızda uğurlar arzu edirəm.

      Cavab yaz
      • Anonim
        Sade Vetendas · 24 May 16:4021

        Basa dusdum Esranur xanim. Elediklerinize davam elemeyin deyen yoxdu size. Allah sizden razi olsun. Bunlarin yaninda da Allahin emrlerine emel etmek lazimdi deyirem sadece. Bizi yaradan Allahdi, bize neyin bes oldugunu sadece o bilir. En son olaraq, men hec bir serhimde men ibadet elediyim ucun sizden ustunem deye bir fikir qeyd elememisem, hec bir vaxt da ele bir iddiada olmaram. Allah bele bir seyi sevmez. Allahin yaninda insanlar sadece teqva ile ustun olarlar. Size de ugurlar. Xetrinize deyecek nese yazdimsa uzr isteyirem. Tesekkurler.

        Cavab yaz
  • Anonim
    777 · 24 May 16:4551

    Din dersi keçmekle bele hallarinn qarsisini almaq olmaz. Etrafimizda dinle mesğul olub aile dağidanlar, erini qoyub basqasina qosulub qaçanlar var. Sadece olaraq valideynler yeniyetme qizlara daha diqqetle yanasmali, kiminle dostluq etdiyini bilmelidir. Mektebin son vaxtlara qeder qizlara nezareti gûclû idi, amma indi sagirde oyûd-nesihet veren mûellimi pis gûne salarlar. Esas analar diqqetli olmalidir.

    Cavab yaz
  • Anonim
    VƏTƏNDAŞ · 24 May 17:4623

    ƏRƏ GEDİB AİLƏ QURMUŞ EVLİ XANIMIN HAMİLƏLİYİNDƏN SƏHBƏT GEDİR.

    Cavab yaz
    • Anonim
      Əsranur · 24 May 18:1610

      Biz xəbərin 1ci seriyasına şərh yazmışıq.Orda tamam başqa söhbət yazmışdılar.

      Cavab yaz
  • Anonim
    Abi · 24 May 17:4852

    Ay əxlaq polisləri, müqəddəs analar, bu qızlar hamısı tez ərə verilən qızlardır. O dəqiqə ittiham etməyin. Siz düzəlməyəcəksiz.

    Cavab yaz
    • Anonim
      Əsranur · 24 May 18:16101

      Bura bax,yekəbaş-yekəbaş danışma.Mən yazılanda birinci xəbər verilmişdi.Orda ailə qurmalatı haqqında heç nə yazılmayıb.Özü də onlara qız yazılıb.Savadın çatmırsa nəyin hansı xəbər üçün yazıldığını dərk etməyə,otur yerində.

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 24 May 18:5230

        Eyni şeyi özü edir amma fərqində belə deyil.Fikir vermə,hamı özündən pay biçər deyiblər:)

        Cavab yaz
      • Anonim
        Abi · 24 May 22:5725

        Yekəbaşın kim olduğu yazılan şərhdən görünür.

        Cavab yaz
    • Anonim
      Papatya · 24 May 18:1900

      Xəbər yenilənib. Qirmizi rengde başliqda yazilib.

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 24 May 18:5301

        Neynəsinlər axan zəhər xislətdə qalmaz.

        Cavab yaz
    • Anonim
      abiye · 24 May 22:4510

      ne ferqi? eyni seydi.netice olaraq movzu yeniyetme qizin bedbextliyinden gedir.evlidi ya evli deyil ferq etmez.esas odu 15 yasinda hamile qalib.bu faciedi

      Cavab yaz
  • Anonim
    ƏSİ. · 24 May 18:1100

    Bu xəbər yəqin ki,yazıldığı kimidir.Çünki bizim bölgələrdə belə şeylərin olması hardasa,elə də ağlabatan deyil..Ümumilikdə isə,istər qanuni,istərsə də qeyri qanuni,bu qızların bu yaşda hamilə qalması normal deyil.Bu həm qanuna,həm də insaniyyətə ziddir.Uşaq yaşda ərə verilərək,uşaqlıqlarının əllərindən alınıb onları bu cür mənəvi əziyyətə düçar edən ağılsız valideynlərə mənəviyyat və dünya görüşündən dərs keçsələr keşkə...

    Cavab yaz
  • Anonim
    asi · 24 May 18:5304

    Ağıllı çıxıb irad tutanlar, əvvəlcə xəbərin yeniləndiyi vaxtla bizim şərhlərin vaxtını müqayisə edin, sonra yazın...

    Cavab yaz
  • Anonim
    Castel · 25 May 11:0700

    14 yawlı usaqların ere getmeyi ayrı biabırcılıqdı onların bu nigahdan usaqa qalmaları daha boyuk bir biabırcılıqdı. Ay bala ne olup bu yawda ere qız verirler. Kul basınıza ... Belke hec nigahdada degiller ee skandal olmasın deye bele deyirler. Belkede kebinli nigahdalar ... Puuu sizin sıfatınıza..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.