Kriminal

Narkotik əkən qadın tutuldu - Azərbaycanda - FOTO

24 May 2019 12:14
0 Şərh     Baxış: 1 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini S.Həsənova saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman dəmir və plastik qablarda xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 33 ədəd çətənə və 6 ədəd xaş-xaş bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı S.Həsənova barəsində RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.