Kriminal

22 kq marixuananı qurutmaq üçün sərdi, tutuldu - FOTO

23 May 2019 12:53
1 Şərh     Baxış: 3 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakən rayonunun Hənifə kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyi narkotik vasitəni qurutmaq üçün sərən Masallı rayon sakini 21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanılıb.

Milli.Az bildirir ki, qafqazinfo xəbər verir ki, S.Mirzəquliyevin çöl sahədə sellofan örtüyün üzərinə qurutmaq üçün sərdiyi 22 kq-a yaxın marixuana və 123 ədəd yabanı halda bitmiş çətənə bitkisi həmin ərazidən aşkar edilərək maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı S.Mirzəquliyev barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.