Kriminal

Bakıda 99-VS-999 nömrəli avtomobillə adam vuran sahibkarın oğlu HƏBS EDİLDİ

22 May 2019 22:59
8 Şərh     Baxış: 14 039

Bakıda piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sunay Vəliyevin cinayət işi üzrə məhkəməsinə baxılıb. 

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü S.Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Hökmdən narazı qalan məhkum və zərərçəkmişin hüquqi varisi apellyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır. 

Qeyd edək ki, bu il fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü S.Vəliyevin idarə etdiyi "Mercedes-Benz GLS" markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Xatırladaq ki, S.Vəliyev "Laçın" Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Tənqidçi · 23 May 00:01130

    Bunun vidinə baxanda özünü elə aparır güya bomba oğlandı...hadisə yerində qaçmaqnan hər şey bəlli edir...yəni cəsarətli adam bu hərəkəti etməz...

    Cavab yaz
  • Anonim
    Rafiq · 23 May 05:27100

    Az veribler.Eger günah bundadısa 6 il olmalıdı aşağısı tenboli qaçıb.

    Cavab yaz
  • Anonim
    TT · 23 May 09:2412

    bawlayan kimi babali yumaq olmaz. zig yolunda belke piyada kecidi olmayan yerde vurub.

    Cavab yaz
  • Anonim
    K.k · 23 May 11:4340

    Bele var dovleti olan adamin hec olmasa az da olsa vicdani olmali idi. Niye qoyub qaçirsan? Gucun yetmedi masini saxlayib komek etmeye? Sizler ancaq bele bahali masinlarinizla fext ede bilersiz. Insanliğinizla yox...

    Cavab yaz
  • Anonim
    falcon · 23 May 12:0330

    vidine bir soz demiyecem, amma kishi qacmamaliydi, ozunu itirmesi halli olardi, ondada en azindan hadise yerinden komek ala bilerdi, her iki halda qacibsa mence kishiliy etmeyib.

    Cavab yaz
  • Anonim
    XXX · 23 May 13:4130

    Bir insanın həyatına son qoymağın cəzası 3,5 il olmamalıdır... :( Bu, o deməkdir ki, ona cəza verilməyib... İstintaq müddətini də hesablayanda... Şərti cəzaya çevrilir...

    Cavab yaz
  • Anonim
    Feride · 23 May 16:3940

    Hele bilseniz ki, okimi vurub...2balasinin toyunu bele gormeyen, arzulari gozunde geden 49yawli ata.Qarabag muharibesi veterani.ve elili! Evi.ewiyi olmayan mecburi kockun.......

    Cavab yaz
    • Anonim
      555 · 23 May 21:4110

      qanun sadece kasiblarcundu

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.