Kriminal

“Sədərək”də oğru pulla dolu torbanı götürüb qaçdı - VİDEO

22 May 2019 19:49
1 Şərh     Baxış: 6 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının "Sədərək" ticarət mərkəzində quldurluq hadisəsi baş verib. Naməlum şəxs sahibkarlardan birinin əlindən içində iri məbləğdə pulların olduğu sellofan torbanı qopararaq, ərazidən qaçıb.

Milli.Az xəbər verir ki. bu barədə Oxu.az-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.

10-cu polis bölməsinə 62 yaşlı Masallı rayon sakini Nadir İsrafilov müraciət edib. O, mayın 20-də, 16:30 radələrində cinayətkarın onun əlindən içində 7,700 dollar və 34,581 manat məbləğində pul olan torbanı oğurlayaraq cinayət yerindən uzaqlaşdığını bildirib.

Quldurluq əməlini törədən şəxs qaçan yerdə TM-nin müşahidə kameralarına düşüb. Hüquq-mühafizə orqanı əməkdaşları, vətəndaşların kadrlarda göstərilən cinayətkarın kimliyini müəyyən etməkdə yardım göstərməsini xahiş edir.

Bu şəxsi tanıyanların (+99455) 617 2303, (055) 626 74 94, (055) 768 41 23 və ya  (+99412) 445 22 22 və ya "102" nömrələrinə zəng etməsi xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.