Kriminal

Gecə pəncərəsini döyəni qəbirstanlıqda güllələdi - İş məhkəməyə göndərildi

22 May 2019 12:44
0 Şərh     Baxış: 1 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siyəzən rayonunda qətl törətməkdə təqsirləndirilən Asim Əbdülovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əliövsəd Abasovun icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, qətl hadisəsi bu il fevralın 11-də Siyəzən rayonundakı qəbiristanlıqların birində baş verib.

Atışma nəticəsində Asim Əbdülov Elşən Qədirlini güllələnərək öldürüb.

İstintaq araşdırması zamanı baş verən qətlin səbəbi bəlli olub.

Belə ki, qətl hadisəsindən əvvəl gecə yarısı Elşən Qədirli Asim Əbdülovun evinə gəlib, onun evinin pəncərəsini gizlicə döyqüb.

Bundan xəbər tutan Asim Əbdülov ertəsi gün Elşən Qədirlini qəbiristanlığa aparıb və orada qətlə yetirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.