Kriminal

DTX-nin tutduğu baş redaktor və jurnalistin işi məhkəmədə - İntim məsələ, şantaj... - VİDEO

22 May 2019 12:48
0 Şərh     Baxış: 3 997

"El həkimi" qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən "reket nəşr"in təsisçisi və baş redaktoru Zöhrab Ağayev, tabeçiliyində olan Günel Cümşüdovanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi üzrə material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

Qeyd edək ki, "El həkimi" qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən "reket nəşr"in təsisçisi və baş redaktoru Zöhrab Ağayev, tabeçiliyində olan Günel Cümşüdovanın ölkə ərazisində müxtəlif hərbi hissələrin zabit və gizirlərini qanunsuz əməllərə təhrik edərək şantaj etmələri, bu barədə videoçəkilişləri mobil telefondan internetlə bir-birilərinə ötürmələri müəyyən edilib, Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma başlanıb.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Zöhrab Ağayev belə hədə-qorxu yolu ilə tələb olunan pulu aldıqdan sonra idarə etdiyi "90-PF-742" dövlət qeydiyyat nişanlı avtomobilində cinayət başında saxlanılıb, əvvəlcədən üzəri xüsusi qaydada işarələnən pullar, əllərində isə həmin pulların üzərinə çəkilən xüsusi tozun izləri aşkar edilərək sənədləşdirilib.

Faktla bağlı başlanılan cinayət işi üzrə davam edən araşdırmalarla həmin şəxslər məsuliyyətə cəlb olunubar.

Onlar tərəfindən gizli qaydada informasiya alınması üçün texniki vasitələrdən istifadə etməklə insanların güdülməsi, gizli videoçəkilişlərin aparılması, qanunla əməliyyat tədbiri hesab edilən sair əməllərin qanunsuz həyata keçirilməsi, insanların intim münasibətə cəlb edilməsi və sair yollarla toplanmış materiallar əsasında ayrı-ayrı şəxslərin şantaj edilməsi, müxtəlif məbləğlərdə pul tələb edilib alınması, bu üsulla müxtəlif təşkilatlardan dövri haqq toplanılması, hərbi qulluqçuların hər birindən əlavə digər hərbçilərin təsir altına salınmasına şərait yaratmalarının tələb edilməsinə dair çoxsaylı sübutlar, saxta media vəsiqələri və sair dəlillər aşkar edilərək götürülüb.

Zöhrab Ağayev və Günel Cümşüdovanın barəsində Cinayət 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə), 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) və 302.1-ci (Əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olma) maddələri ilə ittiham elan edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.