Kriminal

Bakıda piyadanı vurub öldürən marşrut sürücüsü 6 il cəza aldı

21 May 2019 17:44
0 Şərh     Baxış: 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü Bəxtiyar Həmzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən B.Həmzəliyev 6 il azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.

İttihama görə, Sabunçu rayonunun Maştağa qəsəbəsində, qəsəbə sakini Bəxtiyar Həmzəliyev idarə etdiyi "İsuzu" markalı marşrut avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.