Kriminal

Cindara 216 min verən qadın: "Sarı su içirirdilər, sonra bədənimə..." - TƏFƏRRÜAT

21 May 2019 20:04
6 Şərh     Baxış: 4 521

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində ifadə verən Rübabə Ağayeva bildirib ki, ana və oğlu onu ələ alıb, sarı su veriblər: "Onlar bədənimə ərəb hərfləri ilə nələrsə yazırdılar. Bu adamlara tabe olmuşdum, nə istəyirdilərsə edirdim. Bir ilə yaxın pullarımı əlimdən aldılar. İnandırmışdılar ki, evdə olan pulları, evin özünü, hər şeyi təmizləmək lazımdır, həmçinin qızılları da guya təmizləyib qaytaracaqdılar. Hissə-hissə onlara verirdim".

R.Ağayeva qeyd edib ki, birinci dəfə ondan 1500 manat, sonra da 2000 alıblar: "Ana və oğlu bizə gəldilər ki, guya həyətdə qalan caduları çıxarsınlar. Sonra məni bir yerə aparıb oranı qazdırdılar, mən qazdığım yerdən heç nə çıxmadı. Qazıb kənara atdığım torpaqdan nələrsə tapdılar".

Qeyd edək ki, "Cindar Hüseyn" ləqəbi ilə tanınan falçı H.Əlizadə və onun anası L.İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

İttihama görə, H.Əlizadə anası ilə birlikdə təkcə zərərçəkmiş Rübabə Ağayevadan külli miqdarda pul və qızıl-zinət əşyalarını fırıldaq yolu ilə ələ keçirib.

R.Ağayeva bildirib ki, o, "Cindar Hüseyn"ə, ümumilikdə, 300 min manata yaxın pul - 57 000 ABŞ dolları, 15 000 Böyük Britaniya funt sterlinqi, 47 000 manat və 55 000 manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.

Məlumata görə, pulları Ağayevlər ailəsindən cinlərə qonaqlıq vermək adı ilə alan H.Əlizadə və anasının cinayət işi Binəqədi Rayon Prokurorluğunda araşdırıldıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib.

Cinayət işində 13 zərərçəkmiş var.

Milli.Az 

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    SEVİL · 21 May 21:0691

    Bu qədər pulu..qızılı olan adamın ağlı yoxdu..maraqlıdı

    Cavab yaz
  • Anonim
    Mars · 21 May 23:2560

    İnsan da belə şüursuz olarmı?

    Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 21 May 23:3630

    Bir qadında belə astronomik rəqəmlə ölçülən sayda pul qızıl hardandı? Bəlkədə şişirdilib rəqəmlər? Cindarlar avam insanları hipnoz edə bilirlər. Hipnoz edib nəyi var əlindən alırlar, ya da qorxudaraq alırlar. Belə cindarları Hindistanda diri diri yandırırlar. Bizdə də lazımdı belə tətbiq.

    Cavab yaz
  • Anonim
    aea · 22 May 08:5420

    Bu qədər var-dövləti olan adam anlamır ki, hər şeyi var??? Allah ağılını alıb da belə insanların, aparıb falçılara-cadugərlərə yeirdirlər var-dövlətlərin...

    Cavab yaz
  • Anonim
    Melek · 22 May 11:3310

    Bu qeder pulu hardandi melum meseledi eri vezifededi

    Cavab yaz
  • Anonim
    Qaqa · 22 May 12:4410

    ogeder pulu var ama agil yox. Birde cinlərə qonaqlıq vermək neydiye ))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.