Kriminal

Günay Musayeva sevgilisini bıçaqladı - Həbs edilə bilər

21 May 2019 12:48
5 Şərh     Baxış: 13 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Tolqa Karelin keçmiş arvadı Günay Musayeva sevgilisi Taha Tatlıcını bıçaqlayıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, mübahisə əsnasında Taha Günayı və onun oğlunu döyüb və buna dözməyən Musayeva bıçağa əl atıb.

Taha Tatlıcı modeli məhkəməyə verib. Artıq cinayət işi başlanılıb. Musayeva ifadəsində deyib:

"Taha çox əsəbi idi. Oğlumu döydü. Oğlumu və özümü qorumaq üçün bıçağı alıb qarşısına keçdim. Mənə hücum etdi və bıçaq ona batdı. Mən özümü qorumuşam".

Hazırda prokurorluq Günayın 2.5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir. Taha isə modeli və oğlunu döyməsi ilə bağlı iddialara açıqlama verməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.