Kriminal

Ağdaşda ev əşyalarını oğurlayan şəxs saxlanıldı

21 May 2019 14:00
0 Şərh     Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini bir qadın anasına məxsus evdən 700 manat dəyərində ev əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin Ağdaş şəhər sakini 38 yaşlı Əfqan Yaqublu olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.