Kriminal

Bakıda həbsdən çıxan kişi arvadını öldürüb - Məhkəmə

21 May 2019 12:15
0 Şərh     Baxış: 2 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda həyat yoldaşını qətlə yetirməkdə əqsirli bilinən Müxalif Balayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəhakim Rasim Sadıxovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 24-nə təyin olunub.

İttihama görə, hadisə bu il yanvarın əvvəlində paytaxtın Xəzər rayonu ərazisində baş verib.

Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Müxalif Balayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü Cəmalə Balayeva ilə mübahisə edib.

Mübahisə nəticəsində Müxalif Balayev Cəmalə Balayevanı bıçaqlayaraq qətlə yetirib.

Müxalif Balayev əvvəllər odlu silah gəzdirmə maddəsi ilə məhkumluq həyatı yaşayıb və 2013-cü ildə azadlığa çıxıb.

Saxlanılan şəxs ilkin ifadəsi zamanı həyat yoldaşını bıçaqlamasından danışıb. Onun sözlərinə görə, məhkum olub və həbsdən çıxdıqdan sonra iş tapa bilməyib.

Bu isə ailədə söz-söhbətin yaranmasına səbəb olub.

Hadisə baş verən gün isə, Müxalif içkili vəziyyətdə evə gəlib və Cəmalənin təhqirlərinə dözməyərək mətbəxt bıçağı ilə ona bir neçə zərbə endirib.

Saxlanılan Müxalif Balayev cinayət məcəlləsinin 120.2.4-cü  maddəsi ilə təqsirli bilinir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.