Kriminal

Anasını öldürüb, meyitini yandıran oğuldan xəbər var - Qətlin səbəbi açıqlandı

21 May 2019 09:14
5 Şərh     Baxış: 4 491

Bakıda, Sabunçu rayonunda, Nardaran qəsəbəsində dünən ağır cinayət baş verib. Polisdən verilən məlumata görə, 50 yaşlı Nardaran sakini Tahir Bağırov 77 yaşlı anası Rübabə Bağırovanı yaşadıqları evdə boğaraq öldürüb, daha sonra meyti yandırıb. Qadının yox olmasından qonşular narahat olublar və bu barədə polisə məlumat veriblər. 

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, hadisədən sonra Tahir Bağırov cinayət yerindən qaçıb, lakin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. İstintaq zamanı müəyyən olunub ki, ana və oğul arasında münaqişə olub.

Məlumata görə, oğul anasından yaşadıqları torpağın 4-5 sotunu satmaq üçün razılıq istəyib. Lakin Rübabə Bağırova razı olmayıb. Bundan qəzəblənən Tahir Bağırov anasını boğaraq öldürüb, sonra isə üstünə kerosin tökərək yandırıb.

Hər 2 faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    azik · 21 May 09:2080

    ona görə də deyirik-dunyanin axiridir-insanin axiri-torpaqdir-torpağa görə onu həyata gətirəni vəhşicəsinə məhv edir

    Cavab yaz
  • Anonim
    Seyid loğman · 21 May 09:3480

    Oğul boyuy yerə soxum şərəfsiz alçaq

    Cavab yaz
  • Anonim
    Roya · 21 May 10:0470

    Yazıq qadın.Ele bu ağılın düşüncenin sahibiymişsin ki,anan torpağı satmana icaze vermirmiş.

    Cavab yaz
  • Anonim
    Şərh yaz: · 21 May 10:4040

    Camaatı hər il qeydiyatdan keçirəndə, onların psixikasını da yoxlamaq çox vacibdir. Belə getsə bunlar axirəti tez zamanda gətirəcəklər.

    Cavab yaz
    • Anonim
      Şərh yaz: · 21 May 10:5920

      öz şərhimə düzəliş: axirət yox ,, dünyanın sonu.,, (üzr istəyirəm)

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.