Kriminal

Qubada evə basqın edən şəxs saxlanıldı

20 May 2019 18:19
0 Şərh     Baxış: 665

Qubada evə basqın edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.3 (quldurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.4 (quldurluq - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ülvi Əmirov Bakı şəhər ərazisində saxlanılıb.

Ülvi Əmirov bir qrup şəxslə birlikdə qabaqcadan əlbir olaraq aprelin 1-də gecə saatlarında Quba rayonunun 1-ci Nügədi kənd sakini Hamlet İbrahimov yaşadığı evə daxil olublar. Zərərçəkənin əllərini və ağzını yapışqanlı lentlə bağlayan cinayətkar dəstə, onu döyüb müxtəlif bədən xəsarətləri yetirməklə həmin evdən küllü miqdarda pul və mobil telefonunu quldurluq yolu ilə ələ keçiriblər.

Qeyd edək ki, cinayətkar dəstənin 3 üzvü Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Hörmət Hətəmov, Zahir İsmayılov və Məhəmməd Tağıyev quldurluq hadisəsinin törədilməsindən bir müddətdən sonra tutularaq məsuliyyətə cəlb olunublar. Həmin hadisədə iştirak edən Bakı şəhər sakini Əmrahov Mustafa Mehman oğlunun saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.