Kriminal

Bakıda böyük mağazası olan iş adamı və arvadı evində girov götürüldü - VİDEO

20 May 2019 13:33
0 Şərh     Baxış: 5 769

Türkiyədə məşhur iş adamı "Sarar" Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın evinə basqın edilib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, iş adamının Eskişehirdəki evinə basqın edən əli silahlı 3 maskalı şəxs əvvəlcə onun və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayaraq girov götürüb. 

Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürüb qaçıblar.

İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib. 

Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub. 

Qeyd edək ki, "Sarar"ın mağazalar zəncirinin Bakıda da mağazası var. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.