Kriminal

Gül mağazasında 100 kiloqram yararsız ət aşkarlandı - FOTO

17 May 2019 18:54
0 Şərh     Baxış: 944

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, növbəti belə tədbir daxil olmuş məlumat əsasında mayın 16-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xudat şəhəri ərazisində keçirilib.

Şəhərin O.Mirzəyev küçəsində yerləşən Rəvan Bağıyevə məxsus gül satışı mağazasında soyuducudan mənşəyi məlum olmayan 100 kiloqram çəkidə ət aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.