Kriminal

Gəncə sakinindən əxlaqsızlıq: 11 yaşlı ögey qızını dəfələrlə zorladı - TƏFƏRRÜAT

17 May 2019 16:39
9 Şərh     Baxış: 5 120

Gəncə Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Nəriman Qasımovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmdə qeyd olunub ki, N.Qasımov 30 dekabr 2013-cü il tarixində gecə saatlarında Gəncə şəhərində fərdi həyət evlərinin inşa edildiyi yaşayış massivində yerləşən kirayədə yaşadığı mənzildə həmin gün arvadı Aytən Qasımovanın (ad-soyad şərtidir) Qazax rayonuna getməsindən istifadə edib.

Onunla bir mənzildə yaşayan və 11 yaşlı ögey qızı, 19.03.2002-ci il təvəllüdlü Zümrüd Əliyevanın (ad-soyad şərtidir) köməksiz vəziyyətindən istifadə edərək belini masaj etdirmək adı ilə onu öz yataq otağına çağırıb.

Belini masaj etdirdikdən sonra qəflətən Zümrüdə zor tətbiq edərək, əynindəki şalvarını çıxarıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bununla da o, on dörd yaşına çatmayan qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədib.

Bundan başqa, o, təkrarən 30 dekabr 2015-ci il tarixdə günorta saatlarında arvadının evdə olmamasından istifadə edib, qızı öz yataq otağına çağırıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif və israr etsə də, sonuncu buna qəti şəkildə etirazını bildirib.

Belə olan halda qızına zor tətbiq edib, əllərindən tutaraq əynindəki şalvarını zorla əynindən çıxarıb, ona təcavüz edib.

Bu hallar dəfələrlə təkrar olunub.

Məhkəmənin hökmü ilə N.Qasımov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxs apellyasiya şikayəti verib. Lakin məhkəmə şikayəti təmin etməyib.

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    /// · 17 May 16:45100

    Serefsiz alcaq

    Cavab yaz
  • Anonim
    qonaq · 17 May 16:59120

    belelerini axtalamaq lazimdi nesilleri kesilsin. onuncun 11 il hecnedi.cixib yene de kimise uwagini bedbext edecek

    Cavab yaz
    • Anonim
      suzan · 17 May 17:16100

      11il nediki en azi 40 il. Ömrü çürüsün hebsde. Şerefsizin. Qiz uşağinin heyatı ile oynamaq nedi bilsin.

      Cavab yaz
  • Anonim
    Könül · 17 May 17:5630

    Bu cür xəbərlər artiq ikrah hissi oyadir psixoloji təzyiq göstərir paylaşilmasadaha yaxşidir 11ildəyox ömürlük həbs cəzasi olmali idi

    Cavab yaz
  • Anonim
    X · 17 May 19:1010

    Boyunu yere soxum o ananin ki qizi ola ola ere gedir.

    Cavab yaz
  • Anonim
    Jasmin · 17 May 19:2400

    Dəhşət.O 11 yaşlı qızın sonrakı həyatı necə olacaq

    Cavab yaz
  • Anonim
    Süleyman · 17 May 21:3300

    Nə qədər iyrənc, ləyaqətsiz, şərəfsiz bir məxluqdur. Əgər allah varsa niyə belələrini yaradır?

    Cavab yaz
  • Anonim
    kassa · 18 May 00:5010

    Güllələnmə bərpa olunsun...və uşaqlara təcavüz edənlər yerindəcə güllələnsin...

    Cavab yaz
  • Anonim
    Resid-32 · 18 May 08:2410

    bu serefsizin ozunu, 100% etdiyi herekete meruz qiyacaqlar iceride.ozude novbe ile. uzr isteyirem esebden yazdim.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.