Kriminal

Şəmkirdə toyda dava düşüb, gəlinin atası bıçaqlanıb - TƏFƏRRÜAT

17 May 2019 14:09
0 Şərh     Baxış: 2 355
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkirdə iki nəfəri bıçaqlamaqda təqsirli bilinərək həbs edilən Ramiz Rzayev Ali Məhkəməyə müraciət edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, onun müraciəti ilə bağlı məhkəmə baxış iclası iyul ayının 17-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Şəmkirdə baş verən toy şənliyində rayon sakini Razim Rzayev ağır dərəcəli sərxoş olduğu üçün toydan uzaqlaşdırılıb.

Bundan hiddətlənən Rzayev bıçaqla ev sahiblərinə hücum edib.
O, gəlinin atası 46 yaşlı Azər Qasımovu bıçaqla ölümcül yaralayıb. Ailənin yaxın qohumu Etibar Məmmədhəsənova isə soyuq silahla müxtəlif bədən xəsarətləri yetirib.

Bıçaqlanan hər iki yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rzayev tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.