Kriminal

Psixotrop maddəni daxili bədən boşluğunda gizlədən qadın tutuldu

17 May 2019 16:04
0 Şərh     Baxış: 1 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı xanım vətəndaşın daxil bədən boşluğundan gömrük nəzarətindən gizlədilən 6 ədəd rezin şarda qablaşdırılan ümumi xalis çəkisi 197,005 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.