Kriminal

Bakıda iranlı qadın narkotik satarkən ələ keçdi

17 May 2019 11:19
0 Şərh     Baxış: 802

Bakıda polis narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Daxil olan məlumat əsasında paytaxtın Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində rayonun Qaradağ küçəsi 5 saylı ünvanın qarşısında İran İslam Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Mohammadnia Valieh Dahaz qızı saxlanılıb.

Əməliyyat zamanı onun üzərindən satış məqsədilə gəzdirdiyi 277 ədəd metadon həbi və 11,08 qram narkotik vasitə aşkar edərək götürülüb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.