Kriminal

Arvad ərini ürəyindən bıçaqladı - TƏFƏRRÜAT

17 May 2019 09:24
1 Şərh     Baxış: 3 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə Ağır Cinayətlər Məhkəməsində ərini bıçaqlamaqda təqsirləndirilən G.İsmayılovanının cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 20-nə təyin edilib.

Qeyd edək ki, ötən il dekabrın 7-də Gəncə sakini 1991-ci il təvəllüdlü İbrahim İsmayılov sinəsindən və qarnından bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsi ilə onun həyatını xilas etmək mümkün olub.

İbrahim İsmayılov ilkin ifadəsində həyat yoldaşını qorumaq üçün özü özünü bıçaqladığını deyib. Lakin araşdırma zamanı bəlli olub ki, onu münaqişə zəminində arvadı, 1994-cü il təvəllüdlü İsmayılova Günay Cuma qızı bıçaqlayıb.

Saxlanılan Günay İsmayılova CM-nin 126.1-ci maddəsi ilə ittiham olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.