Kriminal

Bülbülədə anbardan 40 min manatlıq qadın ayaqqabıları oğurlandı

15 May 2019 14:00
0 Şərh     Baxış: 1 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bülbülədə anbardan 40 min manatlıq qadın ayaqqabıları oğurlanıb.

Daxili İşlər Nazirlyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, mayın 13-də Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40.000 manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.