Kriminal

Oğurladıqları avtomobillə qəzaya düşdülər, biri xəstəxanalıq oldu - FOTO

15 May 2019 13:15
0 Şərh     Baxış: 1 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubada oğurladıqları avtomobillə qəzaya düşən dəstə üzvləri tutulublar.

Bu barədə Daxili İşlər Nazirliyinin Quba regional qrupu məlumat yayıb.

Məlumatda bildirilir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, bu ilin aprel-may aylarında rayon ərazisində beş nəqliyyat vasitəsini oğurlayaraq sahiblərinə xeyli miqdarda maddi ziyan vuran cinayətkar dəstə saxlanılıb.

Araşdırmalarla onların rayon sakinləri Taleh Atakişiyev, Mahir Məmmədov, Orxan Bədəlov, Tural Əliyev, Asif Əsgərov və Mirəli Sadıqov olduqları müəyyən edilib.

Dindirilmə zamanı dəstə üzvləri törətdikləri cinayət əməlini etiraf ediblər. Cinayətkar dəstənin ətrafında aparılan araşdırmalar zamanı onların may ayının 13-də oğurladıqları "VAZ-2109" markalı nəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsi törətdikləri məlum olub. Nəqliyyat vasitəsini idarə edən Taleh Atakişiyev Quba RMX-na yerləşdirilib, hazırda onun vəziyyəti sabitdir.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.