Kriminal

Tələbələrin qanlı davası üzrə məhkəmə işi yekunlaşdı

13 May 2019 17:34
0 Şərh     Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rauf Murğuzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, R.Murğuzov 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, ötən il dekabrın 23-də Nərimanov rayonu ərazisində Ağstafa rayon sakini Rauf Murğuzov münaqişə zəminində həmyerlisi Elman Xəlilovu bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.

Xatırladaq ki, hadisəni törədən R.Murğuzov Dövlət İdman Akademiyasının, E.Xəlilov isə Texniki Universitetin tələbəsi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.