Kriminal

Doha-Bakı aviareysi ilə gələn Braziliya vətəndaşında kokain tapıldı- FOTO - VİDEO

11 May 2019 17:40
0 Şərh     Baxış: 1 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Doha-Bakı aviareysi ilə gələn Braziliya Federativ Respublikası vətəndaşı De Lima Medeiros Julio Cesarın baqajı rentgen aparatından keçərkən, monitorda şübhəli əşyaların təsviri görünüb. Bu səbəbdən vətəndaşın baqajına təkrar yoxlama keçirilib. Nəticədə qara rəngli çamadanın astarının altında, yan divarlarına yapışdırılan, ağ rəngli plastik materialdan hazırlanan təbəqənin arasından, gömrük nəzarətindən gizlədilən 12 ədəd alüminium falqada olan paketlər müəyyən edilib. Paketlərə ayrı-ayrılıqda baxış zamanı oradan ağ rəngli, toz şəklində qablaşdırılması ilə birlikdə ümumi çəkisi 2066 qram olan narkotik vasitə - kokain aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.