Kriminal

Məktəbli qızın intihar cəhdi ilə bağlı rəsmi açıqlama

10 May 2019 14:34
1 Şərh     Baxış: 2 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gündür ki, sosial şəbəkələrdə 109 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi F. Ə.-nin müəllimlərinin təzyiqinə dözməyərək intihara cəhd etməsi ilə bağlı yayılmış xəbər geniş müzakirə olunur. Bildirilir ki, hadisədən sonra sözügedən şagirdin Nigar və Bahar adlı müəllimlərinə Cinayət Məcəlləsinin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsindən qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılıb və məktəbin müəllimləri haqqında səsləndirilən fikirlər təsdiqini tapmayıb:

"109 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 30 aprel 2019-cu il tarixində təxminən saat 20:30 radələrində V sinif şagirdinin (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) valideyni məktəb direktoruna məlumat verib ki, övladı evdə valideynin dərmanını qəbul edərək zəhərlənib. Evə təcili tibbi yardım çağrılıb və uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Müvafiq müayinə və müalicə prosedurlarından sonra uşaq evə buraxılıb, hazırda vəziyyəti normaldır. Onun psixoloji durumunun öyrənilməsi məqsədilə məktəb nümayəndələri və psixoloq evlərində olub və uşağa müvafiq müvafiq psixoloji yardım göstərilib.

Qeyd olunan hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb. Araşdırma zamanı məktəbin müəllimləri haqqında səsləndirilən fikirlər təsdiqini tapmayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.