Kriminal

Sumqayıtda arvadına 40 bıçaq zərbəsi vuran ərə prokuror 18 il cəza istədi

9 May 2019 11:28
0 Şərh     Baxış: 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Yaqub Ağayevin işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında Y.Ağayevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası mayın 15-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il dekabrın 12-də Sumqayıt şəhər, 11-ci mikrorayon ərazisində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Ağayeva Aynurə Ramiz qızı ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib.

Cinayətin törədilməsində şübhəli qismində mərhumun həyat yoldaşı Ağayev Yaqub Şirin oğlu saxlanılıb.

Məlumata görə, Y.Ağayev həyat yoldaşını qısqanclıq zəminində öldürüb. O, gənc qadının bədəninə 40-a yaxın bıçaq zərbəsi endirib. Onların əksəriyyəti qadının boyun və baş nahiyəsində aşkarlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.