Kriminal

Dəmir yolu stansiyasından oğurluq edənlər saxlanıldılar - FOTO

6 May 2019 14:13
0 Şərh     Baxış: 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus təmir işlərinin aparıldığı Zabrat stansiyasının ərazisindən 5 metr hündürlükdən gedən mis tərkibli naqillərin oğurlanmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, ərazidə olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları naqilləri kəsərək oğurlamağa cəhd göstərən paytaxt sakinləri əvvəllər məhkum olunmuşlar Ələsgər Novruzov və Famil Qədirov saxlanılıblar. Onların üzərlərinə baxış keçirilən zaman naqilləri kəsmək üçün istifadə etdikləri alətlərdə maddi sübut kimi aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Gördüyünüz bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə, eləcə də Sabunçu Xətt Polis Şöbəsinə müraciət edə bilərlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.