Kriminal

Məşhur model tualetdə özünü asdı - Son mesajı ÜZƏ ÇIXDI - VİDEO - FOTO

4 May 2019 10:04
4 Şərh     Baxış: 10 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uruqvayın keçmiş gözəllik kraliçalarından Fatimih Davila Sosa, Meksikada qaldığı otel otağında asılı vəziyyətdə tapılıb. 

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Meksikaya iş və tətil üçün gedən gənc model qaldığı otelin tualetində ölü tapılıb.

Ölkəsini 2006-cı ildə "Kainat gözəli" və 2008-ci ildə da "Dünya gözəllik" müsabiqəsində təmsil edən Davilanın ölümü ilə bağlı istintaq tədbiri gücləndirilib.

Boynundan asılı vəziyyətdə tapılan Davila barədə danışan səlahiyyətli şəxs "Araşdırma davam edir. Davilanın 23 apreldə Meksikaya gəldiyini müəyyən etdik. Burada yaşayan bir şəxs ona kömək edib və bu oteldə onu qonaq edib. İş görüşü üçün Meksikaya gəlibmiş" deyib.

Qeyd edək ki, model ölümündən öncə "Həyatın hər anından keyf alın" mesajı paylaşıbmış.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.