Kriminal

Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

1 May 2019 15:54
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Hacıyev aprelin 29-da gecə saatlarında Talıblı küçəsindən "Niva" markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs R.Rüstəmov küçəsində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun Abşeron rayon sakini Amid Rüstəmov olduğu müəyyən edilib.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.