Kriminal

Bakıda keçmiş məhkum dostunu öldürmək istədi

24 Aprel 2019 18:09
0 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham olunan Qəbələ rayon sakini Nemət Alcanovun cinayət işi üzə məhkəmə prosesi davam edir.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə baxış iclası hakim Azər Paşayevin sədrliyi ilə aprel ayının 26-da keçiriləcək.

Qeyd edək ki, ötən il noyabrın 29-da səhər saat 5 radələrində Ağcabədi rayon sakini Nüsrət Aslanov Nəsimi rayonu ərazisindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dostunu bıçaqlamaqda şübhəli bilinən Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş N.Alcanov saxlanılıb.

Onun barəsində Cinayət Məəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.