Kriminal

Nazirlik əməkdaşları: "Hüseyn Abdullayev büdcədən 23 milyon 689 min manat yayındırıb"

23 Aprel 2019 18:50
Baxış: 2 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən növbəti baxış iclasında mülki iddiaçı və şahidlər dindiriliblər.

Vergilər Nazirliyinin əməkdaşları Qoşqar Bədirxanov və Xəyal Əhmədov məhkəmə iclasında mülki iddiaçı kimi ifadə verərkən iddianı müdafiə etdiklərini bildirməklə göstəriblər ki, Hüseyn Abdullayev əldə etdiyi qazancdan dövlət büdcəsinə ödəməli olduğu 23 milyon 689 min manat məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb.

Onlar ifadələrində vurğulayıblar ki, sabiq deputat "Kənan S" MMC-də 2011-2014-cü illər ərzində mövsümi işçilərin sayını bilərəkdən azaldaraq muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalı olan vergini anası Zeynəb Abdullayeva ilə birlikdə ödəməkdən yayındırıb.

Məhkəmədə, həmçinin müəyyən olundu ki, H.Abdullayev anası Zeynəb Abdullayeva ilə birlikdə fəaliyyətinə rəhbərlik etdiyi "Araz-SA" MMC-nin istifadəsində olan torpaq sahəsinin ölçülərini 2011-2017-ci illər ərzində vergi orqanına təqdim edilmiş rəsmi bəyannamələrdə qəsdən azaldaraq ümumilikdə 171 min 500 manat məbləğində külli miqdarda əmlak torpaq vergisini Zeynəb Abdullayeva ilə birlikdə qəsdən ödəməkdən boyun qaçırıb.

Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.