Kriminal

Bakıda sevdiyi qızı güllələyən şəxsin məhkəmə istintaqı başa çatdı

19 Aprel 2019 20:01
0 Şərh     Baxış: 1 241

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası aprelin 26-na təyin edilib.

İttihama görə, ötən il mayın 31-də Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, 15 ünvanında qəsəbə sakini, 1999-cu il təvəllüdlü S.Qədimov 2001-ci il təvəllüdlü Aytən Cəfərovanı güllələyərək qətlə yetirib.

Həmçinin o, A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərovanın əlindən və çiynindən güllələyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.