Kriminal

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alındı

19 Aprel 2019 14:19
0 Şərh     Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbs edilmiş Rzayev Rəşad Abasağa oğlu müəssisəyə qəbul olunarkən üzərinə və əşyalarına baxış keçirilən zaman idman çantasının içərisində olan şalvarın cibində xüsusi üsulla gizlədilmiş bükülüldə 2,228 qram narkotik maddə - "heroin" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.