Kriminal

Ali Məhkəmə Cahangir Hacıyevin şikayətini rədd etdi

18 Aprel 2019 17:08
0 Şərh     Baxış: 1 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Ali Məhkəmədə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security" MMC-nin baş direktoru olmuş İbrahim Hüseynov, Bakı Fındıq Emalı zavodunun keçmiş direktoru Azad Cavadov və bankın Nərimanov filialına rəhbərlik etmiş Məmməd Cahangirovun barələrində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərdən İ.Hüseynovun həbs cəzası 8 ildən 5 ilə endirilib, C.Hacıyev və digərlərinin həbs müddəti isə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, A.Cavadov 10 il 11 ay, İ.Hüseynov 8 il azadlıqdan məhrum edilib, M.Cahangirova isə 7 il 6 ay şərti cəza verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.