Kriminal

Bakıda biznesmenin arvadını kim öldürüb? - DƏHŞƏTLİ FAKTLAR

18 Aprel 2019 17:54
4 Şərh     Baxış: 2 523

Dünən Bakı şəhərinin Xəzər rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Milli.Az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, Şağan qəsəbəsində yerləşən fərdi yaşayış evində Şamaxı rayonunun Bağırlı kəndində anadan olmuş, 1986-cı il təvəllüdlü Kütahi Məlikova naməlum şəxs və ya şəxslər tərəfindən amansızlıqla öldürüləndən sonra evdə axtarış aparılıb. Qarət məqsədi ilə evə girmiş şəxslər mənzildə pula tapa bilməsə də, xeyli qızıl oğurlayıblar.

Bildirilir ki, hadisə vaxtı ailənin 2 övladı məktəbdə olub. Xalça biznesi ilə məşğul olan ailə başçısı isə işi ilə əlaqədar evi tərk edibmiş.

İlkin araşdırmalar zamanı məlum olub ki, qarət məqsədi ilə evə daxil olan şəxs və ya şəxslər qadını bıçaqlayandan sonra onun boğazını kəsərək öldüyünə əmin olmağa çalışıblar.

Hazırda dəhşətli cinayətlə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Tənqidçi · 18 Aprel 18:0922

    Birinci ehtimal əridi...Sonra evə gəliş-gedişi olan şəxs və ya şəxslər...heç bir cinayət izsiz olmur...İNŞALLAH bizim hüquq mühafizə orqanları bu cinayətidə isti izlərnən açarlar...

    Cavab yaz
    • Anonim
      Ququ · 18 Aprel 19:1530

      Eri deyil pullu kisidi pullu kisiler pz namuslu arvadına vehsiliy etmir ikincisi bu oğrular bu aileni pusufdu

      Cavab yaz
  • Anonim
    100%%% · 18 Aprel 22:5920

    Kimdisə iç adamıdı. Qurd ağacı öz içindən yeyər. Qıraq adam nə bilir kimin evində nə var. Yazıq gəlin Allah rəhmət eləsin.

    Cavab yaz
  • Anonim
    Alina · 19 Aprel 07:1450

    Öz yaxını tanıdığı olub ki öldürüb hətta boğazını da kəsib ki öldüyündən əmin olsun Allah bəlanızı versin o2körpəni yetim qoymağa o cavan cana pula görə qıymağa dəyərdimi in şə Allah tapılar qanı batmaz Allah rəhmət eləsin sevənlərinə səbir versin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.