Kriminal

2 milyon manat dələduzluqda təqsirləndirilən sahibkar: Vəziyyətdən istifadə edirlər

17 Aprel 2019 19:49
0 Şərh     Baxış: 780

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Emin Ağayev S.İbrahimovun şirkətindən mənzil aldığını bildirib: "Mən 186 min manata ev aldım. Mehbarə xanımla Tapdıq müəllimin də mənə borcu var idi. Onlar dedilər ki, aldığım 3 otaqlı mənzili 4 otaqlı evlə dəyişək. Sonra onlar Sahib müəllimlə danışıb razılaşdılar. Mənə Sahib müəllimin binasından 4 otaqlı mənzil verməli idilər. Lakin alınmadı. Neçə dəfə Sahib İbrahimovun yanında olmuşam, məsələnin yoluna qoyulacağını söyləyib. Əslində mən zərərçəkmiş qismində tanınmalı olsam da, istintaqda şahid kimi dindirilmişəm".

S.İbrahimov qeyd edib ki, onun şirkətində E.Ağayevin adına mənzil olmayıb və o bu vəziyyətdən istifadə edir.

Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə onlara 2 milyon manat ziyan dəyib.

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş ziyanın bir qismini ödəyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.