Kriminal

Bakıda çanta və pulqabı oğurlayan qadınlar tutuldu

17 Aprel 2019 19:34
0 Şərh     Baxış: 778

Bakıda çanta və pulqabı oğurlayan qadınlar tutulub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində xətt avtobusunda bir qadının çantasından içərisində 900 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən N.Ağammədova saxlanılıb.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini S.Hacıyevanın içərisində 100 manat, 80 avro və 100 funt sterlinq pul olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini K.Ələkbərova saxlanılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.