Kriminal

“İnterpol”un axtardığı azərbaycanlı Soçidə tutuldu

17 Aprel 2019 16:54
0 Şərh     Baxış: 545

"İnterpol" xətti ilə axtarışda olan azərbaycanlı Rusiyanın Krasnodar diyarının Soçi şəhərində saxlanılıb. 

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs 2017-ci ildə Bakıdakı şirkətlərdən birində baş marketoloq işləyən zaman oradan 250 min dollardan çox maliyyəni mənimsəyib. 

Məhkəmə onun barəsində həbs qərarı çıxarsa da, həmin şəxs istintaqdan gizlənə bilib və beynəlxalq axtarışa verilib. 

Hazırda onun vətənə ekstradisiyası ilə bağlı məsələ həll edilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.