Kriminal

Ögey xalasını öldürüb, evindən oğurluq etdi - Sumqayıtda qanlı cinayət

16 Aprel 2019 20:11
0 Şərh     Baxış: 1 383

Ögey xalasını qətlə yetirməkdə təqsirləndirilən Ramil Əbilov barəsində olan hökmdən kassasiya şikayəti verib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin şikayətinə aprel ayının 23-də  Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində baxılacaq.

Qeyd edək ki, hadisə ötən il iyul ayının 22-də Sumqayıt şəhərində baş verib. Masallı rayon sakini R.Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, onu xüsusi amansızlıqla öldürüb və oradan 800 manat pul və bir ədəd kompüter aparıb.

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Əbilov tutulub.

Xatırladaq ki, R. Əbilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.