Kriminal

Narkotiklə tutulan şəxslərin oğurluq etdikləri də aşkarlandı

26 Mart 2019 17:53
0 Şərh     Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirvan şəhər sakinləri narkotiklə yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Pünhan Tağıyev və Mirzəli Məmmədov polis əməkdaşları tərəfindən müxtəlif vaxtlarda saxlanılaraq şöbəyə gətirilib.

Onların üzərində axtarış keçirilən zaman şəxsi istehlak miqdarından artıq heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Ətraflarında aparılan əməliyyat zamanı onların birgə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib. Belə ki, saxlanılan şəxslərin bir müddət əvvəl vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq oradan ümumi dəyəri 1990 manat olan məişət əşyalarını oğurladıqları məlum olub.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.