Kriminal

Bakıda kompüter oyunları salonundan oğurluq edən qrupun bir üzvü saxlanıldı

25 Mart 2019 16:15
0 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtda kompüter oyunları salonundan oğurluq edən qrupun bir üzvü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki kompüter oyunları salonlarının birindən 2845 manat dəyərində kompüter və aksesuarlar oğurlamaqda şübhəli bilinən qrupun üzvü Bakı şəhər sakini Ə.Zeynallı saxlanılıb.

O, əvvəllər məhkum həyatı yaşayıb.

Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə Ə.Zeynallının rayon ərazisindəki çay evlərinin birindən 4 ədəd televizor və suvenir oğurlaması da müəyyən edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.