Kriminal

Əminin məhbus qardaşoğluna telefon ötürmək cəhdi alınmadı - FOTO

25 Mart 2019 14:13
0 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Samir Cabir oğlu Vəliyevlə qısamüddətli görüşə gəlmiş əmisi Masallı rayon sakini Ağayev Sabir Lətif oğlunun üzrəinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı əynindəki gödəkçənin cibindən 1 ədəd "Samsung" markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.