Kriminal

Bakıda xəncərlə gəzən gənclər hakim qarşısında

24 Mart 2019 15:17
0 Şərh     Baxış: 1 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda vətəndaşlara xəncərlə hədə-qorxu gələn şəxslər hakim qarşısına çıxarılıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1994-cü il təvəllüdlü Saleh Əliyev və 1993-cü il təvəllüdlü Samir Muradovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirildikdən sonra məhkəmənin baxış iclası aprelin 2-nə təyin edilib.

Qeyd edək ki, Nərimanov rayon Polis idarəsinin 18-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakinləri olan 2 nəfər dekabrın 17-də saat 20 radələrində F.X.Xoyski küçəsində 2 naməlum şəxsin onları xəncərlə hədələyərək 130 manat pullarını aldıqlarını bildiriblər.

Daha sonra 18-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş S.Əliyev və Biləsuvar rayon sakini S.Muradov saxlanılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.