Kriminal

Evlənmək istəməyən sevgilisini oteldə öldürən qadına HÖKM OXUNDU

21 Mart 2019 11:54
14 Şərh     Baxış: 3 386

Özündən 6 yaş kiçik sevgilisini 33 bıçaq zərbəsi vuraraq öldürməkdə təqsirləndirilən Günel Hüseynova cəzalandırılıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Hüseynova 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 1987-ci il təvəllüdlü G. Hüseynova onunla rəsmi nikaha girəcəyi barədə verdiyi sözə əməl etməyən sevgilisi Vüqar Atakişiyevi "Grand" oteldə bıçaqlayaraq öldürüb. Məhkəmədə verilən ifadələrə görə, Vüqar onun bakirəliyini pozub, amma onunla evlənməkdən imtina edib və başqası ilə evlənəcəyini deyib. G.Hüseynova mərhuma deyib ki, başqası ilə evlənsən də, yenə görüşək. Oğlan yenə də razı olmayıb. Qız isə sonuncu dəfə görüşmək üçün çağırıb, iki dəfə onunla cinsi əlaqədə olduqdan sonra oğlanı qətlə yetirib. 

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də, gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Grand" oteldə baş verib. G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevi boğazından və qoltuq nahiyəsindən bıçaqlayaraq öldürüb.

V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində ölüb.

Milli.Az

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Ququ · 21 Mart 12:2820

    Pah 15 il mesede iki baciya vehsiliy eden manyaklara cezani endirmisiz 5 il etmisiz

    Cavab yaz
  • Anonim
    Zeris. · 21 Mart 12:4030

    Heç kim anadan doğulanda ne cinayətkar ne ogru ne əxlaqsız doğulmur. Yaşadığı mühit gördüyü tərbiyə və əsil kök onu o cür formalaşdırır. Mən bu hadisədə hər ikisində günah görurem.qadının həyat tərzini əxlaqını Mən bilmirəm. Oxuduğum qədəri qadın bu oğlanı sevib. Və mən qadına da haqq qazandırmıram. Çünkü insan sevgilisi ilə bir yatağı bolusmez ailəsi ilə bölüşər halalı ilə. Kişidə ona görə günah goruremki sən bu qizi almırdinsa niye umudlendirib bədbəxt edirsen? Əvvəldən dəyərdinki seni almayacam.səninlə ancaq qeyri ciddi münasibət dusunurem.və onda da hadisə bu yerə qədər gəlib çıxmazdı. Hər ikisi günahkardır.kişi o dünyada çəkəcək qadın bu dünyada.

    Cavab yaz
  • Anonim
    @@@ · 21 Mart 12:5050

    Qız axmaq qız olsa da sonuncu işi təqdirəlayiq olub. Qlzların hissiylə oynayıb, ortada buraxan gədələrə belə cəza lazımdı. Qızında başı batsınki oğlana özünü təslim edib.

    Cavab yaz
    • Anonim
      @@@ a · 21 Mart 14:1230

      Salam muasir xanlm duz vurguladlnlz ozun teslim edib ozunden 6 yas oglana her hal mohkem vurulub qlz ona gore

      Cavab yaz
      • Anonim
        @@@ · 21 Mart 15:3010

        Salam adsız feodal oğlan. Bayramın mübarək olsun. Sənə bir xahiş edim. Mənə müasir yox, sovet xanımı desəz daha uygundu. Çünki mən sovet qanunlarının və sovet vaxtlarının tərəfdarıyam. Müasir günümüzün bir çox qaydalarına nifrət edirəm. Çox qızların bədbəxtliyi hər oğlana inanıb, onun təsirinə düşməyidir. Sevgiylə ağıl adətən bir yerdə durammır, ancaq sevəndə ağılla sevmək lazımdır.

        Cavab yaz
        • Anonim
          @@@ a · 22 Mart 12:5000

          Sizinde bayramlnlz mubarek sovet xanlml ok aynl menim kimi aglla sevib sevilmey tam basqadlr)

          Cavab yaz
      • Anonim
        @@@ · 21 Mart 15:3210

        Əziz feodal oğlan, mən birazdan bu niklə yazmayacam. Sizlə söhbət mənə çox xoş gəldi. Bəs məni necə tanıyacaqsiz?

        Cavab yaz
        • Anonim
          @@@e · 22 Mart 12:4600

          Dinenden beri size serh yazlram amma verimir ne ise seni nece tanlyacam adlnlzl deyismisizse sovet xanlml

          Cavab yaz
        • Anonim
          @@@ a · 22 Mart 12:5210

          Menede xos geldi sizinle yazlsmaq niye adlnlzl deyisirsiniz

          Cavab yaz
          • Anonim
            @@@ · 22 Mart 17:3010

            Bu niklə çoxdandı yazıram. Siz məni danışıq üslübumdan tanıya biləcəksiz.

            Cavab yaz
            • Anonim
              @@@ a · 22 Mart 19:1800

              Niye mene demirsiz nikinizi? Belkem))) deyesiniz bes siz nece tanlyacaqslnlz meni? Siz meni ceyin durumda qoymusinuz bilirsinizmi))?

            • Anonim
              @@@ a · 22 Mart 19:1900

              Sovet xanlml men bilmirem axl siz hara yazlrslnlz

            • Anonim
              Harlnpasa · 22 Mart 23:0000

              Imkan daxilinde arada bura nezer salarsan cetin tanlyaram danlslq uslubundan belke men nikimi yazlm?

  • Anonim
    f · 21 Mart 19:0220

    ecceb edib oldurub.bele werefsiz gedeler olume laiqdi.15 il nedi bes?!! hec onun yerine kisi olsaydi bele ceza vermezdiz!!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.