Kriminal

Qazaxda bir gecədə üç nəfər bıçaqlandı

20 Mart 2019 10:04
0 Şərh     Baxış: 1 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazax rayonunda bir gecədə üç nəfər bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, rayonun Xanlıqlar kənd sakini, 1979-cu il təvəllüdlü Şərifov Rəşad Mədət oğlu, Orta Salahlı kənd sakini 1987-ci il təvəllüdlü Məmmədov Orxan Abdulla oğlu kürək nahiyələrinin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alıblar. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. 

Ağköynək kənd sakini, 1988-ci il təvəllüdlü Eyudov Teymur Naib oğlu isə səhər saat 5 radələrində qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan T. Eyubovun vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, hadisələr müxtəlif vaxtlarda ayrı-ayrı yerlərdə baş verib.

Qazax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.