Kriminal

Sumqayıtlı narkotacir ələ keçdi

17 Mart 2019 09:09
0 Şərh     Baxış: 671

Sumqayıt sakinindən heroin götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində narkotik daşımaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş K.Hacıbabayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan çəkisi 453 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Bununla yanaşı, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirir nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəquliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq heroin və tiryək, həmçinin çəkisi 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.