Kriminal

Oyuncaq tapança ilə basqına gedən gənclər hakim qarşısında

16 Mart 2019 17:46
0 Şərh     Baxış: 558

Bakıda mağazaya oyuncaq tapança ilə basqın edən dəstə hakim qarşısına çıxarılıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Fərid Hüseynzadə, 1993-cü il təvəllüdlü Fərid Hacıyev və 1992-ci il təəvllüdlü Orxan Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası martın 29-na təyin edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci il, aprelin 23-də rayon ərazisindəki mağazaların birinə basqın edilib.

Basqın edən şəxslər satıcını bıçaq və oyuncaq tapança ilə hədələyərək quldurluq yolu ilə kassadakı 230 manat pulu aparıblar.

Keçirilən əməliyyat zamanı cinayəti törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.

Hər üç şəxs Cianyət Məcəlləsinin 181.2.1-ci (quldurluq: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (quldurluq: silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham edilirlər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.