Kriminal

Gürcüstanda azərbaycanlı əsgəri döyənlər saxlanılıblar - VİDEO

15 Mart 2019 14:05
0 Şərh     Baxış: 1 257

Gürcüstan Müdafiə Nazirliyinin hərbi polisi azərbaycanlı əsgərin döyülməsində şübhəli bilinən iki nəfəri saxlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, yaxın saatlarda həmin şəxslərə ittiham irəli sürüləcək və həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi nəzərdən keçiriləcək.

Xatırladaq ki, bir müddət Gürcüstan ordusunda hərbi xidmət keçən Kazım Qəhrəmanov Krtsanisi hərbi hissəsində döyüldüyü barədə şikayət etmişdi.

Onun sözlərinə görə, xidmət yoldaşları ondan pul tələb edibmiş.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Gürcüstanda saxlanılanlar

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.